Çex Respublikası

coğ. la République des Tchèque

çeçəmək
çek
OBASTAN VİKİ
Çex Respublikası
Çexiya (çex. Česko) və ya rəsmi adı ilə Çex Respublikası (çex. Česká republika) — Mərkəzi Avropada dövlət. Çexiya dənizə çıxışı olmayan ölkədir. Şimal və şimal-şərqdə Polşa, qərb və şimal-qərbdə Almaniya, cənubda Avstriya, şərq və cəbub-şərqdə Slovakiya ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Praqa şəhəri, ümumi sahəsi 78,866 kvadrat kilometrdir. Ölkə tarixi 2 vilayətdən — Bohemiya və Moraviyadan ibarətdir. Tarixi bölgə olan Sileziya torpaqlarının da bir hissəsi Çexiyanın ərazisinə düşür. Çexiya 1 may 2004-cü ildən Avropa İttifaqının üzvüdür və Şengen zonasına daxildir. Çex Respublikasının əhalisinin sayı 2010-cu ilin martın 31-nə olan məlumata əsasən 10 509 377 nəfərdir.
Çex
Çexlər və ya Çex xalqı (çex. Češi, [ˈtʃɛʃɪ], arxaik tələffüzü çex. Čechové [ˈtʃɛxɔvɛː]) - qərbi slavyan xalqı, Çexiya Respublikasının əsas əhalisi. Ümumi sayı 12 milyona yaxındır. Çexlər slovak və lujitsa dillərinə çox yaxın, slavyan dillərin qərbi-slavyan qrupuna daxil olan çex dilində danışırlar. Müasir dövrdə çexlər əhəmiyyətli sayda Fransada, Böyük Britaniyada, ABŞ-də, Slovakiyada, Xorvatiyada, Avstriyada və Polşada yaşayırlar. Çex xalqının əcdadları hələ qədim dövrdən müasir Çexiyanın Bohemiya, Moraviya və Sileziya tarixi bölgələrində məskunlaşmışdırlar. Çex sözünün mənşəyinin uzun bir tarixi var və bunun elmi izahını ilk dəfə Yozef Dombrovski cəhd göstərmişdi. Ehtimala görə, «çex» sözü kiçiltmə mənasını verən *čelověkъ və *čelędь sözlərin və *-xъ şəkilçisinin (qədim slavyan ön şəkilçisi olan *čel-) köməyi ilə yaranmışdı, yəni "çex" sözünün daxili forması — «nəslin bir üzvü» mənasını daşıyır. == Tarix == Bir etnos kimi çexlər bu günkü Bohemiya, Moraviya, Sileziya və qonşu ərazilərdə formalaşıblar.
Çex Respublikası Milli Kitabxanası
Çexiya Milli Kitabxanası– Çexiyanın mərkəzi kitabxanasıdır.Kitabxananın əsas binası Praqada Klementium tarixi binasında yerləşir. Burada fondun yarısı saxlanılır. Digər yarısı isə Qostivarj rayonundakı binada mühafizə olunur. Kitabxananın fondunda təxminən 7 mln. nüsxə ədəbiyyat vardır.
Çex Respublikası milli mədəni abidələri
== Praqa ==
Andreo Çex
Andreo Çex (rum. Andreo Cseh, 12 sentyabr 1895 – 9 mart 1979, Haaqa) Rumıniyalı Rahib və esperant olmuşdur. == Bioqrafiya == 12 sentyabr 1895-ci ildə Rumıniyanın Luduş şəhərində anadan olmuşdur. 1910-cu ildən Esperantist, 1919-cu ildə katolik kilsədə Rahib olmuşdur. Sibiu şəhərində 1920-ci ildə məşhur Esperanto tədrisi üçün, Çex metodu hazırlamışdır. Bu münasibətlə, o, bir neçə Esperanto kursunu tədris etmək üçün Targu Mures şəhərinə dəvət olunmuşdu. Orada Kluj-Napoka şəhərinə getdi, kurslarda tədrisə başladı və Rumıniya Esperanto hərəkatını təşkil etməyə başladı. 1922-ci ilin payızında Andreo Çex, onunla Rumıniya Esperanto Mərkəzi (Esperanto-Centro Rumana) quran Henriko Fisher Qalati tərəfindən Buxarestə dəvət olundu. İki il, Esperanto təbliğ etdi və onu Buxarest və ətraf şəhərlərdə öyrətdi. 1921-ci ildən Çex, Dünya Esperanto Assosiasiyasının nümayəndəsi olmuşdur.
Petr Çex
Petr Çex (çex. Petr Čech); 20 may 1982[…], Plzen) — çex futbolçusu, Londonun "Çelsi" futbol klubunun və futbol üzrə Çexiya millisinin qapıçısı. Karyerası ərzində 153 penalti qaytaran Çex, dünyanın ən çox penalti qaytaran qapıçısıdır. U-21 Çexiya milli futbol komandasının heyətində 21 yaşadək futbolçular arasında 2002-ci il Avropa Çempionatının qalibi olub. 2004-cü ildə Çelsiyə transfer olunub və 2012-ci ildə bu komandanın heyətində UEFA Çempionlar Liqasının qalibi olub. Onun Çelsidə həm də liqa və ölkə kuboku çempionluqları olub.
Çex batbatı
Qara batbat (lat. Hyoscyamus niger) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin batbat cinsinə aid bitki növü. == Haqqında == Qara batbat qaragilə fəsiləsinə mənsub olub, 2 illik ot bitkisidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, boz-yaşıl rəngli, aşağı hissəsi yarıq, yuxarı hissəsi yumurta formasındadır. Yarpaqlarının saplağı həcmli, çiçəkləri bulaşıq sarı rəngdə dibçəyə oxşayır. Toxumu böyrəyi xatırladır. Bitki bütünlüklə xoşa gəlməyən bihuşedici qoxuya malikdir. Bat-bat atropin, hiostiamin, skopalamin alkaloidləri ilə zəngindir. Bitkinin bütün hissələri, xüsusilə toxumu zəhərlidir.
Çex dili
Çex dili (özünü adlandırma: čeština, český jazyk tarixi adı: Bohemiya dili olmuşdur) — slavyan dillərindən biri olmaqla çexlərin dilidir. Qərbi Slavyan qrupuna aiddir; Çex-Slovak altqrupunda birləşdiyi slovak dilinə ən yaxındır. Əsasən Çex Respublikasında yayılmışdır; çex dilində danışanların kiçik qrupları həmçinin Slovakiya, Avstriya, Rusiya, Xorvatiya, bir sıra Qərbi Avropa ölkələrində, ABŞ, Kanada, Argentina, Avstraliya və digər ölkələrdə yaşayır. Çex Respublikasının rəsmi dilidir (úřední jazyk) və Avropa İttifaqının 24 rəsmi dilindən biridir (2004-cü ildən). Çexlərin adətən kompakt məskunlaşdıqları Mərkəzi və Şərqi Avropanın bir sıra dövlətlərində (Avstriya, Bosniya və Herseqovina, Xorvatiya və Slovakiya) çex dilinin regional dil statusu almaq imkanı var. Dünyada çex dilini ana dili kimi danışanların ümumi sayı 10,62 milyon nəfəri ötür, onlardan 10,40 milyonu Çexiyada yaşayır (2012). Çex-Slovak qrupu Qərbi Slavyan daxilində yüksək orta əsrlər dövründə inkişaf etmişdir və Çex-Slovak dialekt kontinuumu daxilində Çex və Slovak dillərinin standartlaşdırılması erkən müasir dövrdə ortaya çıxmışdır. 18-ci əsrin sonu — 19-cu əsrin ortalarında müasir yazılı standart Çex Milli Dirçəlişi kontekstində kodlaşdırıldı. Ümumi Çex kimi tanınan əsas qeyri-standart çeşid, Praqanın xalq dilinə əsaslanır, lakin indi Çexiyanın əksər hissəsində interdialekt kimi danışılır. Ölkənin şərq hissəsində danışılan Morav dialektləri də çex dili kimi təsnif edilir, baxmayaraq ki, onların bəzi şərq variantları slovak dilinə daha yaxındır.
Çex kronu
Çex kronu (ISO 4217: CZK) - Çex Respublikasının rəsmi pul vahidi. Çexiya Milli Bankı tərəfindən dövriyyəyə buraxılır. Ölkədəki inflyasiya dərəcəsi 2014-cü ildə 0.4 % olmuşdur. 10 sentyabr 2016 tarixinə aid məzənnədə 1 Çexiya kronu = 0.0415581 ABŞ dolları.Bu söz çex dilində "koruna" kimi səslənir və tərcümədə "tac" mənasını verir. Çex kronası 8 fevral 1993-cü ildə dövriyyəyə buraxılmış və Çexoslovakiya kronasını əvəz etmişdir. 1 krona 100 halerə bərabərdir. == İstinadlar == Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Çex Respublikası milli mədəni abidələrinin siyahısı
== Praqa ==
Çex məsələsində son həll
Çex məsələsində son həll (alm. Endlösung der tschechischen Frage‎) — Nasist Almaniyasının Bohemiya və Moraviya protektoratını tamamilə almanlaşdırmaq haqqında planı. Almaniya sosioloqu və antropoloqu Karl Valentin Müller Çexiya xalqının böyük bir hissəsinin ari irqinə mənsub olduğunu və almanlaşdırıla biləcəyini iddia etmişdi. Bu, Almaniyanın yəhudi məsələsinin son həlli ilə tamamilə ziddiyyət təşkil edirdi. Bununla belə, Müller iddia edirdi ki, almanlaşma məcburiyyət olmadan həyata keçirilməlidir və bunun əvəzinə sosial həvəsləndirmə sistemini təklif etmişdi. == İstinadlar == == Əlavə ədəbiyyat == Mikš, Ing. Josef. "Německo a řešení české otázky" [Germany and the Czech Question] (çex). Křesťanskosociální hnutí. February 2006.
Çex-Moraviya Həmkarlar İttifaqları Konfederasiyası
Çex-Moraviya Həmkarlar İttifaqları Konfederasiyası (çex. Českomoravská konfederace odborových svazů, ČMKOS) — Çexiyanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. Konfederasiyanın baş qərargahı Praqa şəhərində yerləşir. == Tarixi == Çex-Moraviya Həmkarlar İttifaqları Konfederasiyası 1990-cı ilin martında yaradılmışdır. == Fəaliyyəti == Təşkilat hər zaman üzvlərinin iş şəraitinin yaxşılaşdırılması, əməkhaqqının yaşayış minimumuna uyğunlaşdırılması və işçilərin iqtisadi rifahının təmin edilməsinin əsas qarantı kimi çıxış edir. Sosial partnyorluğa böyük önəm verir. Son illər Konfederasiya fəaliyyət siyasətini dəyişib. Belə ki, təşkilat əvvəllər işini adi klassik həmkarlar ittifaqı prinsipi üzərində qururdusa, hazırda müasir, uzunmüddətli strateji konsepsiyaya üstünlük verir. Belə ki, iş yerlərində müasir tələblərə uyğun şəraitin yaradılmasına, son model avadanlığın tətbiqinə və bu avadanlıqları idarə edən işçilərin ixtisaslaşmasına nail olmağa çalışır. Konfederasiya hüquqi resursların qorunması istiqamətində də fəaliyyətini gücləndirib.
Abxaziya Respublikası
Abxaziya, rəsmi adı ilə Abxaziya Respublikası — Cənubi Qafqazda, Qara dənizin şərq sahilində, Şərqi Avropa ilə Qərbi Asiyanın kəsişməsində qismən tanınan dövlət. 8.665 kvadrat kilometr (3.346 kvadrat mil) ərazini əhatə edir və təxminən 245.000 əhalisi var. Paytaxtı və ən böyük şəhəri Suxumidir. Abxaziyanın siyasi statusu Abxaz-Gürcüstan münaqişəsinin və Gürcüstan-Rusiya münasibətlərinin mərkəzi məsələsidir. Abxaziya Rusiya, Venesuela, Nikaraqua, Nauru və Suriya tərəfindən müstəqil dövlət kimi tanınsa da, Gürcüstan hökuməti və demək olar ki, bütün Birləşmiş Millətlər Təşkilatına üzv dövlətlər Abxaziyanı Gürcüstanın suveren ərazisi hesab edirlər. Abxaziya ərazisi üzərində effektiv nəzarəti olmayan Gürcüstan mühacirətdə olan Abxaziya hökumətini saxlayır. 1980-ci illərin sonlarında SSRİ dağılmağa başlayanda bölgə Gürcüstan SSR-in tərkibində muxtariyyətə malik idi. Bölgənin titullu etnik mənsubiyyəti olan abxazlarla o dövrün ən böyük tək etnik qrup olan gürcülər arasında qaynayan etnik gərginlik 1992-1993-cü illərdə Gürcüstanın Abxaziyanın əksər hissəsi üzərində nəzarəti itirməsi və Abxaziyadan gürcülərin etnik təmizlənməsi ilə nəticələnən Abxaziya müharibəsi ilə yekunlaşdı. 1994-cü ildə əldə edilmiş atəşkəs razılaşmasına və illərdir davam edən danışıqlara baxmayaraq, mübahisə hələ də həll olunmamış qalır. BMT-nin Müşahidə Missiyasının və Rusiyanın rəhbərlik etdiyi Müstəqil Dövlətlər Birliyinin sülhməramlı qüvvələrinin uzunmüddətli mövcudluğu bir neçə dəfə zorakılığın alovlanmasının qarşısını ala bilmədi.
Adıge Respublikası
Adıge Respublikası (rus. Республика Адыгея, adıq Адыгэ Республик) — Rusiya Federasiyasının Krasnodar diyarı ərazisində respublika. Şimali Qafqazda, Kuban və Laba çaylarının sol sahillərindədir. Cənub federal dairəsinə daxildir. Sahəsi 7.600 km²-dir. Əhalisi 447.000 nəfərdir. Onların 120.000 nəfəri adıgeylərdir. Paytaxtı Maykop şəhəridir. Yeddi rayonu, iki şəhəri (Maykop və Adıgeysk), beş şəhər tipli qəsəbəsi var. Respublikada neft və qaz çıxarılır.
Adıgey Respublikası
Adıge Respublikası (rus. Республика Адыгея, adıq Адыгэ Республик) — Rusiya Federasiyasının Krasnodar diyarı ərazisində respublika. Şimali Qafqazda, Kuban və Laba çaylarının sol sahillərindədir. Cənub federal dairəsinə daxildir. Sahəsi 7.600 km²-dir. Əhalisi 447.000 nəfərdir. Onların 120.000 nəfəri adıgeylərdir. Paytaxtı Maykop şəhəridir. Yeddi rayonu, iki şəhəri (Maykop və Adıgeysk), beş şəhər tipli qəsəbəsi var. Respublikada neft və qaz çıxarılır.
Akri Respublikası
Akri Respublikası (isp. Estado Independiente de Acre; port. República do Acre; 1899—1903) — Cənubi Amerika ərazisində yaradılmış oyuncaq dövlət. Onun müstəqilliyin elan edilməsi faktiki braziliya torpaq sahiblərinin kauçuk istehsalına tam nəzarəti əldə etmək məqsədi həyata keçirilmişdir. Ölkənin paytaxtı Portu-Akri olmuşdur. == Tarix == İri torpaq sahibləri olan braliyalılar həmdə yüksək çinli məmurlar idilər. Onlar ölkənin sərhəd bölgələrinə ekspedisiyalar təşkil edərək hətta Boliviya və Perunun zəif məskunlaşmış sərhəd bölgələrinə hücumlar təşkil edirdilər. 14 iyul 1899-ci ildə ispan Luis Qalves Rodriges de Arias dövlətin dəstəyi ilə Boliviyanın şimal-qərbini işğal edərək Akri Respublikasını elan edir. Respublikanın cəmi 13 000 əhalisi mövcud olmuşdur. Onların 90 % braziliyalı idi.
Albaniya Respublikası
Albaniya (alb. Shqipëria və ya Shqipëri), tarixi mənbələrdə Arnaudluq, rəsmi adı Albaniya Respublikası (alb. Republika e Shqipërisë) — Balkan yarımadasının cənub-qərbində yerləşən ölkə. Adriatik və İoni dənizləri sahilərində yerləşir və şimal-qərbdən Monteneqro, şimal-şərqdən Kosovo, şərqdən Şimali Makedoniya və cənubdan Yunanıstan ilə həmsərhəddir. Tirana həm ölkənin paytaxtı, həm də ən böyük şəhəridir, sonrakı böyük şəhərləri arasında Durres, Vlyora və Şkoder yer alır. Ölkənin 28,748 km2 ərazisində müxtəlif iqlim, geoloji, hidroloji və morfoloji şərait mövcuddur. Albaniya landşaftı ilə əhəmiyyətli müxtəlifliyə malikdir, belə ki burada Alban Alpları, Korab, Skanderbeq, Pind və Keravniya kimi qarlı dağlardan tutmuş Aralıq dənizi boyunca yerləşən Adriatik və İoni dənizlərinin qızmar və günəşli sahilərinə qədər rast gəlmək olar. Albaniya müxtəlif vaxtlarda illiriyalılar, frakyalılar, yunanlar, romalılar, bizanslılar, venesiyalılar və osmanlılar kimi müxtəlif sivilizasiyaların məskunlaşdığı yer olub. 12-ci əsrdə Albanlar Arberiya muxtar knyazlığını qurdular. Albaniya krallığı və Albaniya knyazlığı 13–14-cü əsrlər arasında formalaşmışdır.
Altay Respublikası
Altay Respublikası (/ˈæltaɪ/ , rus. Респу́блика Алта́й, tələffüzü [[Beynəlxalq fonetik əlifba|[rʲɪˈspublʲɪkə ɐlˈtaj]]], Алтай Республика, Altay Respublika) — Rusiya Federasiyasının tərkibində olan muxtar türk ərazi (respublika). Qərbi Sibirin cənub-şərqində, Cənubi Sibirin ən yüksək dağlıq sahəsində yerləşir. Sibir federal dairəsinə daxildir. Paytaxtı Qorno-Altaysk şəhəridir. İnzibati cəhətdən 10 rayona, 1 şəhərə (Qorno-Altaysk) bölünür. Türklərin qədim məskunlaşma ərazilərindən olan bu torpaqlar XIX əsrdə Çar Rusiyası tərəfindən işğal edildikdən sonra daima Rusiyanın tərkibində olmuşdur. Rus hökuməti isə vahid Altay ərazisini inzibati cəhətdən parçalayaraq Altay Respublikası və Altay vilayətini yaratmışdır. Altayda Azərbaycan oquz türklərinin boyundan olan etnik qruplar yaşayıb == Tarixi oçerk == Altay türkləri və ya altaylılar ən qədim türk etnoslarından olmaqla tarixi baxımdan türk xalqlarının bir hissəsini təşkil etmişlər. Altaylıların yerli yoxsa gəlmə olması haqqında elmdə iki versiya vardır və bu versiyalar ümumilikdə türk tarixi ilə bağlıdır.
Amalfi Respublikası
Amalfi Respublikası və ya Amalfi hersoqluğu (it. Ducato di Amalfi) - İtaliyanın Amalfi şəhərində 958-1037-ci illər ərzində mövcud olmuş şəhər dövləti.
Anqola Respublikası
Anqola (Angola), Anqola Respublikası (Republika de Angola) — Cənubi Afrikada, Atlantik okeanı sahilində dövlət. == Ümumi məlumat == Paytaxtı Luanda şəhəridir. Rəsmi dövlət dili portuqal dili, pul vahidi kvanzadır. İnzibati cəhətdən 18 əyalətə bölünür. Anqola BMT-nin (1976), Afrika İttifaqının (1999), BYİB-in (1989), BVF-in (1989), ÜTT-nin (1996) üzvüdür. Anqolanın Namibiya, Konqo Demokratik Respublikası və Zambiya ilə quru sərhəddi vardır. Ölkə qərbdən Atlantik okeanı ilə əhatə olunmuşdur. Kabinda adlı anqlav bölgə (Atlantika okeanı sahilində, Konqo Respublikası və Demokratik Konqo Respublikası ərazilərində yarımanklav) Konqo Respublikasının tərkibində yerləşsə də, Anqolanın ərazisi hesab olunur. Anqolada əhalinin tərkibi müxtəlifdir, yəni portuqal, ingilis, ambundu, konqo, luçazi və digər xalqlar bu ölkənin sakinləridir. == Adın etimologiyası == "Nqola" — ali hökmdarın titulunun təhrif edilməsi deməkdir.
Ararat Respublikası
Ararat Respublikası və ya Kürd Ararat Respublikası(Kürd: Komara Agiriyê, کۆماری ئارارات və Kürd: Komara Araratê) özünü Kürd dövləti elan etmişdi. Türkiyənin şərqində, mərkəzi Karaköse vilayətində yerləşirdi. Agirî, kürd dilində Ararat adlanır. == Tarixi == Xoybun partiyasının mərkəzi komitəsinin rəhbərlik etdiyi Ararat Respublikası 28 oktyabr 1927-ci ildə və ya 1928-ci ildə, Türkiyənin cənub-şərqindəki kürdlər arasında üsyan dalğası zamanı müstəqillik elan etdi. Xoybunun ilk iclasında İhsan Nuri Paşa Ararat qiyamının hərbi komandiri elan edildi. 1927-ci ilin oktyabrında Kürd Ava, və ya Ararat Dağı yaxınlığındakı bir kənd olan Kürdəva, Kürdüstanın müvəqqəti paytaxtı olaraq təyin edildi. Xoybûn Böyük Güclərə və Millətlər İttifaqına müraciət etdi və eyni zamanda İraq və Suriyadakı digər kürdlərlə əlaqə yaratmaq üçün mesajlar göndərdi. Ancaq Türkiyə tərəfindən edilən təzyiq altında, Britaniya İmperiyası və Fransa Xoybun üzvlərinin fəaliyyətlərinə məhdudiyyətlər qoydular. Türk ordusu sonradan 1930-cu ilin sentyabrında Ararat Respublikasını məğlub etdi.
Argentina Respublikası
Argentina (isp. Argentina) rəsmi adı: Argentina Respublikası (isp. República Argentina) 34' 36 Cənub paralelləri və 58' 27 Qərb meridianları arasında, Cənub Amerika qitəsində yerləşən ölkə. Argentinanın ümumi sahəsi 2,791,810 km²-dir , əhalisi isə 2012-ci ildə aparılmış rəsmi siyahıyaalmanın nəticələrinə əsasən 41 281 631 nəfərdir. Argentina Cənubi Amerika qitəsinin cənub seqmentində, And dağları və Atlantik okeanı arasında yerləşəir; sahil xəttinin uzunluğu 4989 kilometrdir. Ərazisinin böyüklüyünə görə Argentina Cənubi Amerika materikinin ikinci, dünyanın səkkizinci dövlətidir. Çili (5308 km), Boliviya (832 km), Paraqvay (1880 km), Braziliya (1261 km) və Uruqvay (580 km) ilə sərhəddi vardır. Ölkə əhalisinin böyük əksəriyyəti ispan və italyan mühacirlərinin törəmələridir. == Adın etimologiyası == Çoxları Argentinanın adının – latınca "argentum" mənası "gümüş" deməkdir deyirlər, Amma bunu vurğulamaq lazımdır ki adı gümüşlə bağlı deyil, ölkə də heç bir gümüş ehtiyatı yoxdur. Bəzi insanlar Argentinada gümüş ehtiyatı çoxdur və ölkənin də adı bununla bağlıdır deyir.
Avstriya Respublikası
Avstriya (alm. Österreich‎), rəsmi adı Avstriya Respublikası (alm. Republik Österreich‎) – Mərkəzi Avropada bir dövlət. Dövlətin adı qədim alman dilindən tərcümədə Ostarrichi — " şərqi ölkə " deməkdir. Şimaldan Çexiya (362 km sərhəd uzunluğu), şərqdən Slovakiya (91 km) və Macarıstan (366 km), cənubdan Sloveniya (330 km) və İtaliya (430 km), qərbdən İsveçrə (164 km), Lixtenşteyn (35 km) və Almaniya (784 km) ilə həmsərhəddir. Paytaxtı Vyana şəhəridir. Ölkə 9 federal torpaqdan və ya vilayətdən (Aşağı Avstriya, Burqenland, Forarlberq, Karintiya, Ştiriya, Tirol, Yuxarı Avstriya, Vyana və Zaltsburq) ibarətdir. Dövlət bayrağındakı qırmızı rəng Avstriya Respublikasının azadlığı və müstəqilliyi üçün tökülən qan, ağ rəng isə qərbdən şərqə axan Dunay çayının rəngidir. Avstriya bayrağı dünyanın ən qədim dövlət simvollarından biridir. Mərkəzi Avropada doqquz dövlətdən ibarət dənizə çıxışı olmayan ölkə.
Başqırdıstan Respublikası
Başqırdıstan (rus. Республика Башкортостан, başq. Башҡортоста́н Респу́бликаһы) — Rusiya Federasiyası subyektlərindən biri. == Coğrafiya == Respublikanın ərazisi 143.9 min kvadrat kilometrdir. Ural dağlarının cənubu və bu civardakı düzənlikləri əhatə edir. sərhədləri: Perm diyarı (şimal) Sverdlovsk vilayəti (şimal-şərq) Çelyabinsk vilayəti (şimal-şərq/şərq/cənub-şərq) Orenburq vilayəti (cənub-şərq/cənub/cənub-qərb) Tatarıstan respublikası (qərb) Udmurtiya Respublikası (şimal-qərb) ən yüksək nöqtəsi: Yamantau dağı (1638) şimaldan-cənuba ən uzaq məsafə: 550 km şərqdən qərbə ən uzaq məsafə: 430 km-dən çox == Siyasət == Başqırdıstan - Rusiya Federasiyasının tərkibində olan dövlətdir. İdarəetmə forması respublikadır. Yəni ölkəni prezident idarə edir. 25 fevral 1992-ci ildə bayrağı, 12 oktyabr 1993-cü ildə gerbi və himni, 24 dekabr 1994-cü ildə isə konstitusiyası qəbul olunmuşdur. == Tarix == Bugünkü Başqırdıstan ərazisinə ilk yerləşim erkən Paleolit dövründən başlamışdır, amma xüsusiylə Tunc dövründə əhalinin sayı artmışdır.
Benin Respublikası
Benin Respublikası (fr. République du Bénin; yor. Orílẹ̀-èdè Olómìnira ilẹ̀ Benin), Benin (fr. Bénin; yor. Benin — Qərbi Afrikada dövlət, rəsmi adı Benin Respublikası. 1975-ci ilədək Daqomeya) — Qərbi Afrikada dövlət. Benin körfəzinə və Qvineya körfəzinə çıxışı var. Şimalda Burkina Faso və Niger, şərqdə – Nigeriya, qərbdə Toqo ilə həmsərhəddir. Paytaxtı — Porto-Novo, ancaq hökumət ölkənin ən böyük şəhəri olan Kotonuda yerləşir. == Tarix == === Ən qədim dövrlərdən XIX əsrin sonlarınadək === Müasir Benin dövlətinin şimalında qurma tayfaları məskunlaşmışdı, sonralar onlar müasir Nigeriya ərazisindən gələn barba tayfaları tərəfindən sıxışdırıldılar.
детекти́вщик консультацио́нный отса́сывание подво́з пони́женный ую́тный вкладно́й европе́йски прораси́стски ска́редный стро́повый хоть бы хны электроме́тр охабить фарья Conakry disfrock erector memorialist pennant pillion-seat swash worsted сойтись хромосфера